Biz internet texnologiyalarını sizə daha da yaxın edirik! Biz interneti yaxın edirik!

Məqsədimiz: Bizim məqsədimiz hər bir internet istifadəçisinə elektron cəmiyyətin yaratdığı bütün imkanları əlçatan etməkdir. Biz istəyirik ki, siz öz vaxtınızı və pulunuzu xərcləməyəsiniz, və sizə həqiqətən maraqlı olan nədirsə, onda fokuslanasınız, biz isə sizə lazım olan infrastrukturu yaradaq.Biz sizi lazımsız qayğılardan qurtaracayıq, və sizi biraz da olsa xoşbəxt etmək üçün,sizə daha çox boş vaxt imkanı yaradacayıq ki, sevdiyiniz işlə məşğul ola biləsiniz.

Gələcəyə baxış: Biz gələcəyi belə görürük: hər bir istifadəçi qeyfiyyatdan keçdiyi zaman,və müəyyən düymələrə basdığı zaman, hər bir şeyi istədiyi kimi əldə edir. Ona daha nəyisə gözləmək gərək deyil, bütün internet xidmətləri ondan bir neçə barmaq toxunuşu məsafəsindədir. Belə bir gələcəkdə serverlər ay və gün kimi etibarlıdır. Belə bir gələcəkdə hər bir istifadəçi ekspertdir, çünki ekspert olmaq asan olacaq. Biz internet texnologiyaları sizin təsəvvür edə biləcəyinizdən də yaxın edəcəyik, və hətta sizin ümidlərinizi üstələyəcəyik. Sirr deyil ki, müasir dünyada olan bir çox biznes növlərinin uğurlu olmasını İT infrastrukturu təyin edir.
İşgüzar münasibətlərə böyük təsir göstərən korporativ elekron poçtu nümunə kimi gətirmək olar. Bu gün dinamik olaraq böyüyən şirkət üçün elektron yazışma çox əhəmiyyətlidir, və sizin öz işinizdə maksimal effektə nail olmanız üçün,biz sizə ən yaxşı həlləri təqdim edirik. 
Bitep şirkəti korporativ poçt qutularının yaradılması üzrə( misal üçün:korporativ poçt),zəmanətli texniki xidməti və konsaltinq üzrə öz xidmətlərini təklif edir.
Yüksək peşəkarlıq, qüsursuz işgüzar reputasiya, ixtisaslaşdırılmış heyət, sərfəli qiymətlər-bu və digər amillər bizim işimizi bir sıra analoji layihələrdən fərqləndirir. Azərbaycanın  İT bazarında olan iki illik müvəffəqiyyətli təcrübəmiz bizi sifarişçinin ehtiyaclarına yönəldilmiş etibarlı,uğurlu bir şirkət kimi özümüzü tanıtmağa imkan yaratdı. Unikal saytların yaradılması, müştərilərimizin hostinq və domenlərlə təmin edilməsi, məlumatların rezerv sürətinin çıxarılması,proqram təminatının yaradılması  bizim şirkətimizin fəalyyətinin əsas növüdür. Bizim mütəxəssislərimiz Oracle, Sun, Microsoft, Cisco keyfiyyət və göstərilən xidmətlərin etibarlılığını təsdiq edən sertifikatlara malikdilər.
 
Biz sizə əlverişli ödənişlərlə birlikdə müxtəlif variantlarda möhlət hüququ,güzəşt müddəti, və bonuslarla ödəniş təklif edirik.
Biz həmçinin pulsuz konsultasiya xidmətlərini sizin üçün ən rahat formada -əyani, həmçinin telefonla, e-mail və ya çat vasitəsi ilə keçirəcəyik.

Bizim Müştərilər