Həqiqətən də dəyərli bir iş görmək! Bu, bizi yönəldən əsas amildir. Əgər bizə belə bir güc, enerji, və çalışqanlılıq verilibsə, o zaman bu təsadüf deyil. Təbiətdən yaranan hər bir şey birləşib, yaradıcılıq prosesinə yönləndirilə bilər. Daxili səsinizə qulaq asıb, öz "kölgənizi" tərk edib, yaradıcılıq, inkişaf və hədəfin olduğu işıqlı tərəfinizi qəbul etmək yetərlidir.

1. İnkişaf və Peşəkarlıq Hər birimiz öz qarşımıza illik hədəflər qoymalı, və o hədəflərə nail olmalıyıq. İnkişaf etmədən dəyərli bir şey yaratmaq mümkün deyil. Biz həmişə öz üzərimizdə çalışmalı, və digərlərinə inkişaf etməkdə kömək etməliyik. Təmin edilmiş gələcək üçün peşakarlıqdan başqa heç bir zəmanət yoxdur.

2. Ədalət Hər birimiz ədalətli olmalıyıq. Hər bir qərar qəbul etdiyimiz zaman, biz bu prinsipi nəzərə almalıyıq, və bu qərarla bağlı olan hər bir kəs ədaləti hər bir şeydə hiss etməlidir.

3. Bazara aqressiv çıxış "Kimlərdənsə biri" olmaqdansa, heç bir yerə getməmək daha yaxşıdır. İstisnalıq və rəqibləri qəbul etməməyimiz bizi daha da güclü edir. Biz, Allahın yaratdığı beyinimizlə rəqabətin və təkrarlamanın yollarını deyil, digər yollara açılan ideyaları yaratmalıyıq. Biz istisna olduğumuzu özümüz anlamalı, bə digər insanların bunu anlamağı üçün imkan yaratmalıyıq.

4. Əbədi İnnovasiyalar İnformasiya texnologiyaları sahəsində innovasiyalar olmadan irəliləyiş ola bilməz. İnnovasiyalar yalnız bizim yaratdığımız və yaradacağımız məhsullara aid olmamalıdırlar, onlar həmçinin biznes proseslərinə də aid olmalıdırlar. Biz trendi aydın görməliyik, hiss etməliyik, və sınaqlardan qorxmamalıyıq.

5. Fəxr edəcəyimiz dahi və gözəl yol Görəcəyimiz hər bir iş bizi sonda sevindirəcək və qürur duymağa vadar edəcək. Yaşadığımız hər bir gün atdığımız addımın xoş hissiylə sona çatmalıdır, bizi böyük hədəfimizin nailiyyətinə aparanın addımın xoş hissi ilə -müvəffəqiyyətin göstəricisi olan iş, və bizə özümüzü təsdiqləmə xoşbəxtliyini bəxş edən layihələrin olduğu şirkətin yaradılmasını.

Bizim Müştərilər